Bakıda yataqxana binasında uçqun – VİDEO

Bakının Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 9/8 ünvanında sökülən yataqxana binasında uçqun olub.

Qəza anının əks olunduğu görüntülər oxu.az-ın redaksiyasına göndərilib.

Hadisə ötən gün axşam saatlarında olub. Xəsarət alan olmayıb.

Sakinlər bildirir ki, bina sökülən zaman təhlükəsizliyə tam riayət olunmayıb:

“Bina dağıldıqdan sonra ətraf lentlənib. Bir həftədir ki, kirayə mənzillərə köçmüşük. Nərimanov rayon İcra Hakimiyyətindən bizə bildiriblər ki, 18 ay sonra yeni mənzillə təmin olunacağıq”.

İcra Hakimiyyətindən oxu.az-a bildirilib ki, bir neçə gündür qəzalı vəziyyətdə olan bina sökülür.

Qeyd edək ki, bir müddət əvvəl Baku TV 30 ailənin bu binada təhlükəli vəziyyətdə yaşaması barədə reportaj hazırlamışdı.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *