Nəsimi rayonunda mağazada soyğunçuluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, iyulun 5-i saat 19 radələrində ticarət mərkəzlərinin birindəki mağazadan açıq talama yolu ilə 138 manat dəyərində geyim əşyalarının aparılması barədə Nəsimi RPİ 22-ci polis şöbəsinə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini R.Əliyev saxlanılıb.

Faktla bağlı CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *