Şadlıq sarayından çıxırdı, maşın vurdu – 19 yaşlı qız xəstəxanaya çatdırılıb

Xaçmaz şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Şadlıq sarayından çıxan 2000-ci il təvəllüdlü Əmiraslanova Mələykə Əhməd qızını maşın vurub. Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və müalicəsi davam etdirilir.

Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *