Bakıda Hollivud filmlərinə bənzər hadisə: Tələbə polisə xəsarət yetirdi – VİDEO

Bakıda Yol polisi qaydaları kobud şəkildə pozan sürücülərə qarşı reyd keçirib.

İTV-nin “Qanundan kənar” verilişində yayımlanan kadrlarda avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi ehtimal olunan tələbə süni tıxac vasitəsi ilə saxlanılıb.

Məlum olub ki, həmin şəxs İqtisad Universitetinin 4-cü kurs tələbəsi Kamran Həsənovdur. Avtomobil saxlanılan zaman onun avtomobilindən energetik içkilər və şprits aşkarlanıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə ona 30 gün müddətinə inzibati qaydada həbs edilib.
/Baku.ws/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *