Səkkiz nəfərin ölümünə səbəb olan sürücü tutuldu

Masallıda səkkiz nəfərin ölümünə səbəb olan sürücü saxlanılıb.

Oxu.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu, 1986-cı il təvəllüdlü Mustafayev Nizami Malik oğludur.

Xatırladaq ki, bu gün “Mercedes Vito” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “KAMAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində səkkiz nəfər ölüb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *