Qoşqar Təhməzli zəhərlənməsi ilə bağlı xəbərlərə aydınlıq gətirdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli zəhərlənməsi ilə bağlı bəzi mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Q.Təhməzli bu barədə qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında danışıb:

“Bu günə qədər bioloji, kimyəvi heç bir zəhərlənməyə məruz qalmamışam. Bu adamların nə yazmasından asılı olmayaraq, ölkədə qida təhlükəsizliyini bərqarar edəcəyik. Boş yerə cəhd etməsinlər”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *