Kürdəmir və Balakəndə avtomobil qaçıranlar tutulub

Median.Az xəbər verir ki, Kürdəmir RPŞ-nə şəhər ərazisindən, Gəncə şəhər sakini V.Dərvişovun “VAZ-21074” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Hacıqabul rayon sakini B.Məlikov saxlanılıb.

Bundan başqa, Balakən RPŞ-nə Qabaqçöl qəsəbəsindən, rayon sakini N.Osmanova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması
barədə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil kəndin ərazisində, divara vurulmuş vəziyyətdə tapılıb və onu qaçıran şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qarayev saxlanılıb.

Faktlarla əlaqədar cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *