Bakıda intihar edən 18 yaşlı qızın məşhur idmançımız olması xəbəri YALAN ÇIXDI

Dünən Bakıda intihar edən Aynur Əfqan qızı Məmmədzadənin gimnastika üzrə Avropa çempionu olmadığı ortaya çıxıb.

Median.Az xəbər verir ki, bu barədə məlumatı “Qafqazinfoya” Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib. O bildirib ki, gimnastika millisində heç vaxt belə adda idmançı olmayıb.

Qeyd edək ki, APA Aynur Məmmədzadənin Avropa çempionu olduğu barədə məlumat yaymışdı.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *