Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, R.Allahverdiyev küçəsində yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Əhmədli Cəlil Bəkir oğlu piyada keçidi olmayan yerdə yolun qarşı tərəfinə keçərkən onu 176 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *