Əmircanda naməlum qadını öldürüb, qaçan sürücü axtarılır

Median.Az xəbər verir ki, iyulun 10-u saat 23 radələrində Əmircan qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə 65-70 yaşlı qadın vurulub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ayın 11-də orada ölüb.

Suraxanı RPİ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.