Qasırğa nəticəsində ağac maşınların üstünə aşdı – FOTO

Gəncədə külək bir sıra fəsadlar törədib.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, güclü külək ağacı Zaman Zeynalova məxsus “Mercedes” və Nicat Emirliyə məxsus “Hyundai” markalı avtomobillərin üstünə aşırıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da maşınlara ciddi ziyan dəyib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində havanın küləkli olması barədə məlumat verib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *