Mərdəkanda qəza: beş maşın bir-birinə dəydi – VİDEO

Bakıda zəncirvari avtomobil qəzası olub.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

Bu barədə sosial şəbəkə istifadəçiləri video paylaşıblar.

Videodan görünür ki, Sergey Yesenin küçəsi ilə hərəkət edən beş avtomobil bir-biri ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə zərər dəyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *