“Keçikçidağ”da baş verən insidentlə bağlı – RƏSMİ AÇIQLAMA

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi “Keçikçidağ”da baş verən insident barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən hadisə 14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində qeydə alınıb.

“DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.

İnsident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *