Şəkidə yaralananlarla bağlı – Son xəbər

Səhiyyə Nazirliyi Şəki şəhərində Xan sarayının həyətində çinar ağacının sınaraq insanların üzərinə düşməsi nəticəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.

Şəki MMRX-da müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. Vəziyyəti isə orta-ağır stabildir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *