Kürdəmirdə quldurluq edən Ucar sakinləri saxlanılıblar


Median.Az
xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi (BCAİ) və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, rayon sakini Y.Səmədova bıçaqla xəsarət yetirib, 50 manat pulunu quldurluq yolu ilə ələ keçirən Ucar rayon sakinləri N.Çıqqarov, R.İbrahimov və P.Quliyev saxlanılıblar.

Kürdəmir RPŞ İstintaq bölməsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə
cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *