Şamaxıda baş verən yol qəzasında xəsarət alanların sayı artıb – FOTO – YENİLƏNİB-2

Şamaxıda baş verən yol qəzasında xəsarət alanların sayı artıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə zamanı “VAZ-2115″in sürücüsü Şükürov Ruslan Balacan oğlu da xəsarət alıb. Bununla da qəza zamanı xəsarət alanların sayı 6 nəfərə çatıb.

Qeyd edək ki, hadisə Göylər kəndində qeydə alınıb. “VAZ-2115” və “QAZ-31” markalı avtomobillərin toqquşması nəticəsində Şamaxı sakini, “QAZ-31” markalı avtomobilin sürücüsü, 68 yaşlı Kərimov Hücrət Ağasəlim oğlu, Kürdəmir sakinləri – 26 yaşlı Şükürov Saleh Taleh oğlu, 23 yaşlı Qəhrəmanov Elməddin Elşad oğlu, 22 yaşlı Səfərov Qabil Habil oğlu və 33 yaşlı Mürsəlov Elvin Eynulla oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Şamaxıda ağır avtomobil qəzası zamanı xəsarət alan 5 nəfərdən 4-nün şəxsiyyəti məlum olub.

APA -nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saat 19:00 radələrində Şamaxı-Göylər yolunda iki avtomobilinin toqquşması nəticəsində Şamaxı və Kürdəmir sakinləri-1954-cü il təvəllüdlü Kərimov Hücrət Ağasəlim oğlu, 1993-cü il təvəllüdlü Şükürov Saleh Taleh oğlu, 1996-cı il təvəllüdlü Qəhrəmanov Elməddin Elşad oğlu və 1997-ci il təvəllüdlü Cəfərov Qabil Habil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların vəziyyəti ağır olaraq qalır.

***

Şamaxı rayonunda yol qəzası baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Göylər kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2115” və “QAZ-31” markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *