Zaqatala və Gədəbəydə 10 tona yaxın yabanı çətənə məhv edilib

Median.Az xəbər verir ki, Zaqatala RPŞ və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən Kebeloba kəndinin ərazisində, yabanı halda bitmiş, çəkisi 9 ton olan 6000 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən Şınıx kəndi ərazisində, yabanı halda bitmiş, ümumi çəkisi 916 kiloqram olan 2116 ədəd çətənə kolu aşkar edilib. Narkotik xassəli bitkilər yandırılma yolu ilə məhv edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *