Kürəkəninin zorladığı qadın şikayətini geri götürdü – Qızının ailəsini dağıtmaq istəmir

Bir neçə gün əvvəl Quba rayonunun kəndlərinin birində kürəkəni tərəfindən zorlanan qadın şikayətini geri götürüb.

1966-cı il təvəllüdlü Tahirə Qasımova (ad və soyadlar şərtidir – red.) hadisədən sonra hüquq mühafizə orqanlarına etdiyi şikayətini sonradan geri çəkib.

Buna səbəb kimi isə qızının ailəsi dağılmasından qorxduğunu göstərib.

Məlumata görə, qadının şikayəti əsasında Cinayət Məcəlləsinin zorlama (149-cu) maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxs saxlanılıb. Quba rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.

T.Qasımova bildirib ki, bu, kürəkəninin ilk belə çirkin əməli deyil. 34 yaşlı kişi bundan öncə də ona qarşı seksual xarakterli hərəkətlər etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

///Oxu.Az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *