Bakıda gənc oğlan parkda bıçaqlanıb, vəziyyəti ağırdı

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü İsrafilzadə İbrahim Məhbub oğlu tanımadığı şəxs tərəfindən parka çağırılıb. Ona bir neçə bıçaq zərbəsi vurulub. O, 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

Həkimlər tərəfindən İ.İsrafilzadənin vəziyyəti ağır qiymətləndirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *