Qazaxda kişi damarlarını kəsərək intihara cəhd edib

Qazax rayon sakini intihara cəhd edib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan Ə.O. ailə münaqişəsi zəminində qolunun damarlarını doğrayaraq intihara cəhd göstərib. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *