“Sumqayıt” Türkiyədə bu komandalarla oynayacaq

2019/2020 mövsümü üçün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” futbol klubu təlim-məşq toplanışı ərzində 4 yoxlama oyunu keçirəcək.

Median.Az-ın lent.az-a istinadən məlumatına görə, Ayxan Abbasovun yetirmələrinin rəqibləri və oyunların tarixləri dəqiqləşib.

“Sumqayıt” iyulun 21-də Rumıniyanın “Petrolul”, 24-də Türkmənistanın “Ahal”, 29-da Türkiyənin “Gənclərbirliyi”, avqustun 1-də isə bu ölkənin digər təmsilçisi “Akhisar”la qarşılaşacaq.

Qarşılaşmaların keçiriləcəyi yer və başlama saatları hələ dəqiqləşməyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *