Yasamalda məcburi köçkünün evi yandı – VİDEO

Bu gün axşam saat 18:30 radələrində Yasamal rayonunda yanğın baş verib.

Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, hadisə Şərifzadə 196 ünvanında qeydə alınıb. Onun sözlərinə görə, məcburi köçkünlərin məskunlaşdığı evdə qəfil yanğın baş verib.

Hadisə yerinə FHN-nin bir yanğın söndürən maşını cəlb edilib. Qısa zamanda yanğının qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *