Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi və DİN Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də Tbilisi prospektində “Ford” markalı avtomobildən 200 manat oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Şükürov saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları tərəfindən bu il mayın 3-dən 16-dək olan müddətdə rayon ərazisində 1 avtomobildən məişət əşyası və akkumulyator, 1 evin həyətindən isə su mühərriki oğurlayan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Rəhimov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *