Neftçalada dənizdə batan şəxslərin kimliyi məlum olub – YENİLƏNİB

Neftçala rayonunda dənizdə batan şəxslərin kimliyi məlum olub.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Yeniqışlaq kəndi ərazisində Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində baş verib.

Rayonun Həsənabad qəsəbə sakinləri – 1993-cü il təvəllüdlü Fariz Alkişiyev, 1990-cı il təvəllüdlü Fərid Babayev və 1992-ci il təvəllüdlü Şəhriyar Nəcəfov Xəzər dənizində çimərkən batıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Dalğıc axtarış qrupu cəlb olunub.

***

Neftçalada üç nəfər dənizdə boğulub.

Hadisə bu gün günorta saatlarında rayonun Həsənabad qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakinləri – 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlu Xəzər dənizində çimərkən batıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Hazırda həmin şəxslərin tapılması istiqamətində axtarışlar davam edir.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *