Kənd sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Salyan rayonunda bədbəxt hadisə qeydə alınıb.

Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Pambıqkənd kənd sakini,1984-cü il təvəllüdlü Qasımov Kamil Aqış oğlu hündürlükdən yıxılıb.

Müxtəlif dərəcəli xəsarətlər alan K.Qasımov Şirvan şəhər xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, ağır kəllə-beyin travması alan yaralı komatoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan Polis Şöbəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *