Məcburi köçkünlərin qaldığı tikilidə yanğın: xəsarət alan var

Bərdədə məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb.

Yanğın zamanı bir nəfər xəsarət alıb.

Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *