Dənizdə batan üç gəncin meyiti tapıldı

Neftçala rayonu ərazisində qeyri-çimərlik zonada batan üç nəfərin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dünən Neftçala rayonunda, dənizdə qeyri-çimərlik ərazidə batan üç nəfərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, dünən Neftçalanın Həsənabad qəsəbə sakinləri – 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlu Xəzər dənizində çimərkən batıblar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *