EYOF 2019: Bayraqdarımız gümüş medal qazandı

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında cüdoçularımız bu gün də medalsız qalmayıblar.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, yeniyetmələr üzrə Olimpiya çempionumuz Vüqar Talıbov (-73 kq) finalda italiyalı Luici Sentraççioya ipponla uduzub.

Digər cüdoçularımız – Aytac Qardaşxanlı (-57 kq) və Mətin Rzazadə (-66 kq) isə bürünc medal uğrunda görüşdə rəqiblərinə yenilib.

Qeyd edək ki, Azərbaycan millisi cüdoda bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.

Bununla da Azərbaycanın medallarının sayı 20-yə çatıb. Bunlardan doqquzu qızıl, altısı gümüş və beşi bürünc medaldır. İlk sırada isə 35 medalla Rusiya gedir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *