Bakı metrosunda problem – Sərnişinlər boşaldıldı

Bakı metrosunda qatarda texniki problem yaranıb.

Problem saat 10:35 radələrində metronun “Qara Qarayev” stansiyasında qeydə alınıb.

Sərnişinlər qatardan təxliyyə olunub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, problem Həzi Aslanov” – “Dərnəgül” xətti üzrə hərəkət edən qatarda olub:

“Qatarda yaranan nasazlıq səbəbindən sərnişinlər boşaldılıb. Qatar dərhal depoya göndərilib. Əvəzinə xəttə yeni qatar buraxılıb. Yaranmış problemlə əlaqədar iki qatar arasında 11 dəqiqəyə yaxın interval yaranıb”.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *