Qaradağda oyun zalından oğurluq edən 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Bakı ŞBPİ və Qaradağ RPİ 38-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 11-də rayon ərazisindəki kompyuter oyunları zalından 300 manat və 9 ədəd oyun aparatı oğurlayan Bakı şəhər sakinləri A.Cəfərov və Ö.Dadaşov saxlanılıblar.

Cinayətdə iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib və axtarışı aparılır.

Faktla bağlı CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *