İranda yük maşını minik avtomobilini əzdi: 5 nəfər öldü

İranın cənub-qərbində yerləşən Fars vilayətinin Abade-Şəhre-Rza yolunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, bunu İranın Fars vilayətinin şimal yol polisinin rəisi polkovnik Əbdülhaşim Dehqani deyib.

Ə.Dehqaninin sözlərinə görə, yük maşını “Peugeot 405” markalı avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Polis rəisi yaralıların vəziyyətinin ağır olduğunu deyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *