“Metropark”a giriş bağlandı

Şənbə günü “Metropark” ticarət və əyləncə mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq mərkəzə giriş bağlanıb.

Üç gün ərzində “Metropark”da təmir-bərpa işləri həyata keçiriləcək və ticarət mərkəzi bundan sonra açılacaq.

Xatırladaq ki, iyulun 27-də Bakının Nərimanov rayonu ərazisində yerləşən yeddimərtəbəli “Metropark” ticarət və əyləncə mərkəzində yanğın olub. Nəticədə binanın 2 və 3-cü mərtəbələrində şaxta boyunca 10 p.m elektrik kabeli yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *