Dənizdə batmış daha bir gəncin meyiti tapıldı

Pirşağıda çimərlik ərazisində suda boğulmuş daha bir nəfərin meyiti çıxarılıb.

Bunu oxu.az-a Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsindən məlumat veriblər.

2002-ci il təvəllüdlü Samir Seymur oğlu Əliyev iyulun 28-də axşam saatlarında dənizdə batıb.

Suda boğulmuş gəncin meyiti bazar ertəsi tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, iyulun 28-də Bakı çimərliklərində 7 nəfər batıb. İyulun 25-də də bu qədər insan suda batmışdı. Onların arasında uşaqlar da olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *