Nərimanov polisi saxta avro ilə əlaqədar 2 nəfər saxlayıb

Median.Az xəbər verir ki, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən iyulun 29-da Bakı şəhər sakini Z.Paşayevdən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb.

Keçirilmiş əməliyyat tədbiri nəticəsində Z.Paşayevə həmin əskinasları vermiş bir əcnəbi vətəndaş saxlanılıb.

Faktla bağlı CM-nin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.