Üzmək üçün Kürə getdi, FHN indi onu axtarır – YENİLƏNİB

Kür çayında batan şəxsin kimliyi məlum olub.

Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Kür çayının Varvara kəndindən keçən hissəsində üzərkən batan şəxs Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Nəsib Maarif oğlu Nəsibzadədir.

Batan şəxsin axtarışları davam etdirilir.

* * * * *

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *