Bərdədə silahlı insident, 1 nəfər yaralanıb

Median.Az xəbər verir ki, avqustun 1-də Bərdə rayonunun Seyidyusifli kəndi ərazisində, Tərtər rayon sakini F.İsmayılov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi E.Nəcəfovun bud nahiyələrinə xəsarət yetirib və sonra könüllü olaraq Tərtər RPŞ-nə təslim olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zamanı “AKS” markalı silah, patron darağı və 37 ədəd patron götürülüb.

Bərdə rayon prokurorluğunda faktla əlaqədar cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *