Leyla Əliyeva qardaşını təbrik etdi – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qardaşı Heydər Əliyevi doğum günü münasibətilə təbrik edib.

O, fikirlərini “Instagram” hesabında paylaşıb:

“Sevimli, xeyirxah, nurlu, ağıllı və layiqli qardaşım Heydəri ad günü münasibəti ilə təbrik edirəm! Qoy, bütün arzuların yerinə yetsin! Hər şeyə görə sənə minnətdaram! Allah hamıya can sağlığı versin, sevgi, sülh, əmin-amanlıq və xeyirli günlər qismət etsin”.

Qeyd edək ki, Heydər Əliyev 1997-ci il avqustun 3-də anadan olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *