Sabirabadda avtomobildən və evdən oğurluq edən 2 nəfər tutulub

Median.Az xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-nə keçən gecə, Surra kəndi ərazisində “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlayan Şıxlar kənd sakini N.Dadaşov saxlanılıb.

Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da Yolçubəyli kəndi ərazisindəki evdən 475 manat pul oğurlayan kənd sakini M.Məmmədov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *