Qaxda eyni gündə 2 evdən oğurluq edən şəxs tutulub

Median.Az xəbər verir ki, Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisindəki evdən qızıl və gümüş əşyalar oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abdurahmanov saxlanılıb.

Araşdırma zamanı onun, həmin gün daha bir evdən mobil telefon oğurlaması məlum olub.

RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *