Regionlarda yabanı çətənə məhv edili

Median.Az xəbər verir ki, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən Nohur Qışlaq kəndi ərazisində ,yabanı halda bitmiş çəkisi 1,5 ton olan 1100 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Mahmudlu kəndi ərazisində, yabanı halda bitmiş 1650 ədəd, Düyərli kəndi ərazisində yabanı halda bitmiş 2322 ədəd çətənə kolu aşkar edilib.

Qusar RPŞ-nin əməkdaşları tərəfindən Kuf-oba kəndi ərazisində yabanı halda bitmiş 254 ədəd, Zindan Muruq kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 tona yaxın 481 ədəd çətənə kolu aşkar edilib.

Göyçay RPŞ-nin əməkdaşları tərəfindən Cəyirli kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 267 kiloqram olan 223 ədəd çətənə kolu aşkar edilib.

Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Ulacalı kəndi ərazisində, yabanı halda bitmiş 12 ədəd çətənə kolu aşkar edilib.

Narkotik xassəli bitkilər yandırılmaqla, məhv edilib

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *