Millimiz özü ilə eyni gücdə olan komanda ilə qarşılaşacaq

Azərbaycan milli komandası oktyabrın 9-da yoldaşlıq oyunu keçirəcək.

Bəhreyn Milli Stadionunda Bəhreyn millisinə qarşı keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 20:30) başlayacaq.

Maraqlıdır ki, bu iki komanda hazırda FIFA reytinqində 1188 xalla 109-cu yerdədir.

Xatırladaq ki, millimiz Avro-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Budapeştdə Macarıstan yığması ilə qarşılaşacaq.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *