Sumqayıtda bədbəxt hadisə: ağac azyaşlı qızın başına düşdü

Sumqayıtda ağacın budaqlarının sınması 10 yaşlı qızı xəstəxanalıq edib.

Hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, azyaşlı dərhal Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub.

“Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır”, – deyə nazirlikdən qeyd olunub.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *