Tovuzda 29 yaşlı oğlan bıçaq xəsarəti alıb

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, Bozalqanlı kənd sakini, 1990-cı il təvəllüdlü Asif İsmayılov kafedə tanışı ilə mübahisə edib. Mübahisə sonda Asif İsmayılovun bıçaqlanması ilə yekunlaşıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan 29 yaşlı A. İsmayılov dərhal xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *