Səkkiz yaşlı uşaq babasının maşınını sürdü – Nənəsini öldürdü

Lənkəranda yaşlı qadın azyaşlı nəvəsinin idarə etdiyi maşın tərəfindən vurulub.

Hadisə avqustun 6-da Mirzə Məhəmmədhüseyn Axund küçəsi, ev 190 ünvanında baş verib.

Belə ki, sözügedən ünvanda yaşayan Zaur Ağayevin avtomobilini səkkiz yaşlı nəvəsi nəzarətsiz halda hərəkətə gətirib.

Nəticədə uşaq nənəsi – 67 yaşlı Zahirə Dilşad qızı Ağayevaya maşınla ciddi xəsarət yetirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *