Azərbaycanda ikinci zəlzələ – YENİLƏNİB

Bu gün səhər saatlarında Lerikdə ikinci dəfə zəlzələ olub.

Yeraltı təkanlar yerli vaxtla saat 06:43-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə qeydə alınıb.

Maqnitudası 3 bal olan zəlzələnin episentri yerin 12 kilometr dərinliyində olub.

Zəlzələ hiss olunmayıb.

 * * * * *

Avqustun 7-də Lerikdə zəlzələ qeydə alınıb.

Bu barədə oxu.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yeraltı təkanlar yerli vaxtla saat 23:13-də Lənkəran stansiyasından 19 km qərbdə Lerik ərazisində qeydə alınıb.

Maqnitudası 3 bal olan zəlzələnin episentri 20 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *