Nəsimi rayonunda mağazadan pul və telefon oğurlayan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki mağazadan 1800 manat və 14432 manat dəyərində mobil telefon oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Delili saxlanılıb.

Nəsimi RPİ İstintaq şöbəsində faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *