“The Beatles” fanatları küçəni bağladılar

Avqustun 8-də “The Beatles” qrupunun yüzlərlə fanatı Londonun Ebbi-Roud küçəsinə axışıb.

Median.Az-ın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, onlar piyada keçidini bağlayıblar.

Fanatlar “Abbey Road” albomunun üz qabığındakı şəkli təkrarlamaq istəyiblər.

Üzərində sözügedən şəklin olduğu val 50 il əvvəl işıq üzü görüb. Foto 1969-cu il avqustun 8-də İen Maksimilian tərəfindən çəkilib. Şəkildə qrupun dörd üzvü bir-birinin ardınca “zebra”nın üzəri ilə keçirlər.

Bu tendensiya hər il avqustun 8-də təkrarlanır. Qrupun fanatları eyni piyada keçidində toplaşıb şəkil çəkdirirlər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *