Paytaxtda kişi meyiti tapıldı

Nəsimi rayonunda evdən 59 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Kukov Aleksandr Yevyenisin meyitini aidiyyəti üzrə təhvil veriblər.//milli.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *