Gürcüstanda rusiyalı turistlərin sayı 70 faiz azalıb

Rusiyadan Gürcüstana gələn turistlərin sayı 70% azalıb.

Bu haqda “İzvestiya” qəzetinə Rusiya turizm sənayesi birliyinin vitse-prezidenti Yuriy Barzıkin bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya vətəndaşları Gürcüstana yalnız yerüstü nəqliyyat vasitəsi ilə, o cümlədən qonşu Azərbaycan və Ermənistan ərazisindən tranzitlə gəlirlər. Avia əlaqənin bərpası yaxın zamanda gözlənilmir.

Qəzetin diplomatik mənbələrdən aldığı xəbərə görə, Rusiya ilə Gürcüstan arasında uçuşlar ən azı 2020-ci ilin oktyabr ayına kimi, bu ölkədə keçiriləcək parlament seçkilərinə qədər bərpa olunmayacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *