NASA-da ən yüksək maaş nə qədərdir?

Kosmik qurumda illik ən yüksək əməkhaqqı məlum olub

Median.Az bilge.az-a istinadən bildirir ki, NASA-da illik ən yüksək maaş təqribən 155 min dollar a (ayda təqribən 13 min dollar) həcmindədir. Bu barədə qurumun sabiq astronavtı Skott Kelli deyib.

“NASA astronavtları ən yaxşı halda GS-15 federal işçi dərəcəsinə iddia edə bilərlər. Bu da hərbidə polkovnik və ya dəniz kapitanı rütbəsinə bərabərdir. Bu mövqelərdə illik əməkhaqqı təqribən 155 min dollardır”, – Skott Kelli açıqlamasında deyib

Qeyd edək ki, dünyanın ən nüfuzlu qurumlarından biri olan NASA-da bir neçə nəfər azərbaycanlı da çalışır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *